
Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, İranda hər ay 55 mindən çox insan küçə davaları nəticəsində Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə müraciət edib. Məhkəmə-Tibbi Ekspertiza İdarəsi bu ilin ilk altı ayında küçə davalarında xəsarət alaraq sözügedən İdarəyə müraciət edənlərin sayında 2.5 faiz artım olduğunu bildirib.
Oktyabrın 26-də yayılan məlumata görə, bu ilin ilk altı ayında küçə davalarında xəsarət alan 331.152 nəfər Məhkəmə-Tibbi Ekspertiza İdarələrinə müraciət edib.
Xəsarətlərə görə ən çox müraciət sayı 54.981 min nəfərlə Tehran şəhərinə aid olub. 28.133 min və 24.361 min nəfərlə Xorasan-e Rəzəvi və İsfahan vilayətləri ardıcıllıqla ikinci və üçüncü yerlərdə qərar tutub.
Küçə davalarında xəsarətlər zamanı Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə müraciətlərə görə ən aşağı rəqəm İlam, Buşehr və Cənubi Xorasan vilayətlərinə aid olub.
Məlumata görə, davalar nəticəsində xəsarət alanlardan 223.669 min nəfəri kişi, 107.483 min nəfəri isə qadın olub.
Aznews.tv