
“Əl-Ərəbiyyə”nin bildirdiyinə görə, hücumlar bundan əvvəl dövlət qurumlarına keçirilən hücumlarla müqayisədə daha geniş və əhatəlidir.
Qeyri-rəsmi məlumatlara görə, hücumlar İsrail hakerləri tərəfindən edilib.
Bunun İsrailin İranın raket hücumlarına cavab zərbələri öncəsi dövlət qurumları və nüvə obyektlərinin müdafiə sistemlərinin zəiflədilməsi məqsədilə həyata keçirildiyi ehtimal olunur.
İranın rəsmi mediası məsələ ilə bağlı hər hansı məlumat yaymayıb.