İqtisadiyyatİran

İran pulundan dörd sıfırın ləğv edilməsi layihəsi çərçivəsində “Parse” qəpik kimi təqdim edildi

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, İran prezidenti çərşənbə günü milli valyutadan dörd sıfırın ləğv edilməsi və rialın adının dəyişdirilməsi üçün növbədənkənar qanun layihəsini Parlamentə göndərib.

Avqustun ortalarında İran Mərkəzi Bankının təklifi ilə Nazirlər Kabineti tərəfindən təsdiqlənən qanun layihəsinə əsasən, İranın milli pul vahidi rialdan tümənə çevriləcək və hər tümən hazırkı 10.000 riala bərabər olacaq, eyni zamanda İranın kiçik pul vahidi rialdan “Parse”yə dəyişəcək və hər yeni tümən 100 parsəyə bərabər olacaq.

Qeyd edək ki, “parse”nin İranda xırda pul kimi adlandırılması məsələsi daha əvvəllər də Mərkəzi Bank tərəfindən ortaya atılıb və sözügedən terminin İranda müəyyən etnik qrupu təmsil etdiyi üçün, ölkədə yaşayan digər xalqların geniş etirazına və narazılığına səbəb olub.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button