BölgəDünyaSiyasət

İranın regional siyasəti ilə bağlı dörd ölkə birgə bəyanat yayıb

Birləşmiş Ştatlar, Britaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bəyanat yayaraq, İranın bölgədəki siyasəti və bu ölkənin Yəmən housilərinə dəstəyini tənqid ediblər.

Aznews.tv Anadolu Agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar, Britaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri birgə bəyanatda İranı regional sabitliyi “pozmaqda” ittiham edib və Yəmən housilərini Səudiyyə Ərəbistanına hücumları  dayandırmağa çağırıb.

Bəyanatda 12 may və 13 tarixlərində neft tankerlərinə hücumlara toxunulub: “Bu hücumlar beynəlxalq sularda dəniz marşrutlarına təhlükə yaradır. Biz İranı regionda sabitlik naminə təhlükəli addımları dayandırmağa və bölgədə gərginliyi azaltmaq üçün müvafiq diplomatik həll yollarını axtarmağa çağırırıq”.

Sözügedən dörd ölkə housilərin İran raketləri və pilotsuz uçuş aparatlarından istifadə etməklə Səudiyyə Ərəbistanına hücumlarından narahatlıq ifadə etməklə, bu ölkənin Əsirə rayonunda yerləşən Abha hava limanına hücumunu pisləyib.

Bu ölkələr həmçinin “İranın dəstəklədiyi” housilərdən bu hücumları dərhal dayandırmağı tələb edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button