İqtisadiyyatİran

İranda dörd avtomobil növünün istehsalı dayandırılacaq

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, İranın Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani bu ilin sonuna və gələn ilin əvvəlinədək (İran təqvimi ilə) dörd növ nəqliyyat vasitəsinin istehsalının dayandırılacağını barədə məlumat verib.

Benzin tipli Peugeot GLX-405 modelinin istehsalı bu ilin sonuna qədər dayandırılacaq və üç marka Pride avtomobilinin istehsalı isə 2020-ci ilin yanvar, may və iyul aylarında aylarında dayandırılacaq.

Rəhmani bu addımı Sənaye Nazirliyinin “avtomobil sənayesi sistemi və strukturunda islahatların aparılması” istiqamətində atıldığını qeyd edib.

O, habelə köhnəlmiş məhsulların əvəzinə yeni avtomobillərin istehsal ediləcəyini də açıqlayıb. Sənaye naziri bu açıqlamaları, İranda avtomobil alqı-satqısının minimuma endiyi, avtomobil bazarının tənəzzülə uğradığı və avtomobil istehsalçılarının böhranla üzləşdiyi bir halda verib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button