“ Sanksiyalar səbəbindən yenilərini idxal edə bilmirik”, – bunu İran məclisinin İnşaat və Abadlaşdırma Komissiyasının üzvü Qulamrza Şəriəti deyib. O bildirib ki, istifadədə olan uçaqların sayı da azdır:
“Həmçinin sayca da təyyarə azlığı problemi yaranıb. Əlbəttə, keyfiyyət və təmir baxımından da problemlərimiz var. Bu məsələləri ört-basdır etmək anlamsızdır.
Başqa problemdə budur ki, sərnişindaşıma şirkətləri biletləri bahalaşdırır. Səbəb kimi təyyarə yanacağının bahalaşmasını göstərirlər”.
Onun sözlərinə görə, qiymətlər reallığa uyğunlaşdırılmasa, uçuş xidməti göstərən şirkətlər müflis ola bilərlər.