Cəmiyyətİran

İranın Sosial Müdafiə Təşkilatının sədr müavini: İranda işləyən uşaqların sayı artıb

Aznews.tv “radiozamaneh” saytına istinadən xəbər verir ki, İranın Dövlət Sosial Müdafiə Təşkilatının sosial məsələlər üzrə direktor müavini Həbibullah Məsudi-fər iranlı “işləyən uşaqlar”ın sayının artdığını və bu il çox sayda xarici vətəndaşlar olan uşaqların İrana daxil olduğunu bildirib.

Məsud-fər, bu günə qədər İranda uşaq əməyi ilə əlaqədar siyahıyaalma aparılmadığına toxunaraq, “Təşkilatların və ya şəxslərin verdiyi bütün statistic məlumatların yalnız bir təxmin olduğunu” deyib.

O əlavə edib: “Sosial fəsadlarla bağlı dəqiq statistika əldə edə bilmirik, çünki bunlar gizli hallardır. Bütün sosial fəsadlarda, o cümlədən uşaq əməyi, uşaq əməyinin sosial yayılması və bu kimi bir çox digər problemlərlə bağlı təxmini statistika təqdim edilir”.

Tehran vilayətinin Sosial Müdafiəsi Təşkilatının məlumatına görə, işləyən uşaqların 70 fazi xarici ölkə vətəndaşlarıdır.

Onun sözlərinə görə, təşkilat bir neçə il əvvəl Tehranda təxminən 14 min və ölkədə 70 min uşağın olduğu bildirilən araşdırma aparıb.

O, bu rəqəmlərin də təxmin olduğunu qeyd edib.

Əvvəlki illərdə aparılan araşdırmalara görə, işləyən və küçədə yaşayan uşaqların 95 faizi ailələri ilə yaşayır.

Məsudi-fər işləyən uşaqların sayının artmasını cəmiyyətdə yoxsulluq səviyyəsinin genişlənməsi ilə əlaqələndirir.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close