BölgəDünyaİqtisadiyyatİran

İranın Türkiyə və digər tərəfdaşlarla ticarətində əhəmiyyətli dərəcədə azalma var

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Türkiyənin rəsmi statistikası göstərir ki, İranın bu ilin ilk səkkiz ayında bu ölkəyə ümumi ixracı (neft və qaz da daxil olmaqla) 2,9 milyard dollar qədər olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azdır.

Buna səbəb İran neftinin Türkiyəyə ixracının əhəmiyyətli dərəcədə azalmasıdır.

Türkiyənin Statistika Mərkəzi, İranla səkkiz aylıq xarici ticarət statistikasını açıqlayıb, lakin İrandan neft və qaz idxalı ilə bağlı yalnız yeddi ay üçün təfərrüatlar açıqlanıb və avqust ayı üçün statistika hələ açıqlanmayıb.

Sözügedən rəsmi qurumun statistikasına əsasən, Türkiyə iyun və iyul ayları ərzində İrandan demək olar ki, heç bir neft partiyası idxal etməyib və bu ilin ilk yeddi ayında İrandan cəmi 2,1 milyon tondan az xam neft idxal edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 54 faiz azdır, başqa sözlə, iki qat azalıb. Bu müddətdə, İranın Türkiyəyə qaz ixracı da 5 faizədək azalaraq 4,359 milyard kubmetr təşkil edib.

Bu ilin ilk səkkiz ayında Türkiyədən İrana ixracat da 7 faiz azalaraq 1,568 milyard dollara düşüb.

Qeyd edək ki, İranın ikitərəfli ticarətindəki azalma təkcə Türkiyə ilə məhdudlaşmır və vaxtilə İrandan neft alan İranın əsas tərəfdaşlarının rəsmi statistikası onların əksəriyyətinin İranla ticarətinin azaldığını göstərir, xüsusilə bu il İrana ixracatı ən yüksək həddə çatan, İrandan idxalı avqust ayında demək olar ki, heçə enən və bu ilin səkkiz ayında təxminən üçdə bir olan Hindistan.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close