Bölgəİqtisadiyyatİran

İranın Türkiyəyə qaz ixracı üçdə bir azaldı, neft ixracı dayandırıldı

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsi, noyabrın 1-də cümə günü yayımladığı son aylıq hesabatında, İran qazının avqust ayında satın alınmasının İranın ötən avqustda ixrac etdiyi miqdarın üçdə birini təşkil etdiyini bildirib.

İslam Respublikası avqust ayında Türkiyəyə cəmi 160 milyon kubmetr qaz ixrac edib ki, bu da son on ildə ən aşağı səviyyədir.

İlin ilk səkkiz ayında İranın Türkiyəyə ümumi qaz ixracı da 10,5 faiz azalaraq 4.5 milyard kubmetr təşkil edib.

Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsinin statistikaları ölkənin iyun ayından bəri İrandan heç bir neft tədarükü almadığını göstərir.

Türkiyə bu ilin səkkiz ayında İrandan 2,1 milyon tondan az neft alıb. Bu rəqəm ötən ilin eyni dövründə 5,16 milyon ton, 2017-ci ilin ilk səkkiz ayında isə 7.253 milyon tona yaxın olub.

Eyni zamanda, Türkiyə Statistika Mərkəzinin məlumatına görə, bu ölkənin İrana ümumi ixracat həcmi bu ilin 9 ayında 1,73 milyard dollar çatıb ki, ötən ilin və 2017-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5% və 25% azalıb.

Bu dövrdə İranın Türkiyəyə ümumi ixracatı da 3 milyard dollara çatıb ki, ötən ilin və 2017-ci ilin eyni dövrü ilə müqayisədə  müvafiq olaraq 46% və 49% azalıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close