İran

“Jerusalem Post”: İran 1700 metr yerin altında nüvə obyekti tikir

İsrailin “Yeruselim post” qəzeti İranın yeni nəsil sentrifuqaları köçürmək məqsədi ilə Nətənzdə yeni yeraltı nüvə obyektini genişləndirdiyini yazıb.

İsrailin “Yeruselim post” qəzeti İranın yeni nəsil sentrifuqaları köçürmək məqsədi ilə Nətənzdə yeni yeraltı nüvə obyektini genişləndirdiyini yazıb.

“Aznews tv” xəbər verir ki, qəzet bunun reallaşacağı halda həmin məkanın göydən hədəf almağın çətin olacağını yazıb.

İsrailin Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri David Olbrayt bu haqda deyib: “Yeni mərkəz yerin dərinliklərində yerləşən Fordo nüvə obyektinə bənzəyir. Ancaq yeni obyekt Fordo ilə müqayisədə yerin daha dərin qatlarında tikilir”.

Hesabatda Fordo obyektinin dəniz səviyyəsindən 960 metr hündürlükdə yerləşən dağın altında tikildiyi halda, yeni obyektin dəniz səviyyəsindən 1608 metr yüksəklikdə yerləşən yüksəkliyin altında inşa edildiyi qeyd olunub.

Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin hesabatına görə, peyk görüntüləri İranın 2021-ci ilə qədər bölgədə genişmiqyaslı qazıntılar apardığını göstərsə də, yeni mərkəzin 2023-cü ilədək fəaliyyətə hazır olub-olmayacağını proqnozlaşdırmaq mümkün deyil.

İsrail rəsmiləri mərkəzin tikintisi başa çatdıqdan sonra Tehranın nüvə proqramı üzrə avadanlıq və texnikaların yarısını bura köçürəcəyini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button