CəmiyyətİranSağlıq & Yaşam

İranın Vatikandakı sabiq səfiri koronavirusdan öldü

İranın Qum Dini Təhsil Mərkəzinin tanınmış şəxsiyətlərindən olan və İranın Vatikandakı keçmiş səfiri Seyid Hadi Xosrovşahi 82 yaşında koronavirusdan ölüb.

Onun virusdan öldüyünü İran mətbuatı, o cümlədən, İRNA xəbər agentliyi yayıb.

Məlumatına əsasən, Xosrovşahi çərşənbə günü Tehrandakı Məsih Daneşvəri xəstəxanasına aparılıb. O, koronavirus müayinəsindən sonra müalicə üçün yatırılıb.

Qeyd edək ki, Xosrovşahi İslam İnqilabının qələbəsindən sonra Xomeyninin İslami İrşad Nazirliyində təmsilçisi, nümayəndəsi olub. İki ildən sonra İranının Vatikandakı səfiri təyin edilib. O, habelə, Roumdakı “Avropa İslam Mədəni Mərkəzi”nin qurucusudur. Bu, İranda koronavirusa yoluxma nəticəsində hökumət adamının ölümü ilə bağlı ilk hadisədir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close