Azərbaycanİran

İranın XİN başçısı ilə Azərbaycanın səfiri arasında gərgin danışıqlar keçirildi

İranın xarici işlər vəziri deyib ki, Azərbaycan məqamlarının Tehranın uluslararası sınırlara sayqısızlığı ilə bağlı son açıqlamaları təəccüb və təəssüf doğurur.

İranın xarici işlər vəziri Hüseyn Əmir Abdullahian Azərbaycanın Tehrandakı yeni səfiri Əli Əlizadə ilə görüşdə bildirib: “Azərbaycan Cümhuriyətinin son mənfi açıqlamaları təəccüblüdür və təəssüf doğurur”.

İran Xarici İşlər vəzirliyinin rəsmi internet saytının verdiyi məlumata görə, Əmir Abdullahian Tehran-Bakı ilişkilərinin önəmini vurğulayaraq, İran yük maşınlarının Azərbaycanın sınır gücləri tərəfindən yoxlanılmasından narazılığını bildirib.

O, ölkələrinin öz ərazilərində manovr keçirməsini onların “milli hakimiyət haqqı” olduğunu diqqətə çatdırıb: “İran İslam Cumhuriyəti öz milli əmniyətinə qarşı sionist rejimin varlığını və fəaliyyətini qəbul etmir və bununla bağlı hər hansı lazımı addımı atacaq”.

Azərbaycanın Tehrandakı yeni səfiri də iki ölkə arasında yaranan son ixtilafların məsləhətləşmələr yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Bildirək ki, Abdullahiyan da başqa İran məqamları kimi Azərbaycanın Tehrandan soruşduğu açıq suallara cavab vermək yerinə, yenə əsas mətləbdən yayınıb. Azərbaycan dəfələrlə “Tehran Cumhuriyətinə” Qarabağa qanunsuz yük daşımağı dayandırmaqla bağlı dostcasına şifahi və nota şəklində etiraz etsə də, İran yenə də gizli yolla Qarabağda qalan erməni separatçılarına bilinməyən yüklər göndərməyə “israrla” davam etmişdi. Bunun nəticəsi olaraq Azərbaycan Gorus-Qafan yolunun bu ölkənin ərazisindən keçən hissəsində postlar quraraq İran yük maşınlarına rüsum qoyub və onları yoxlamağa başlayıb. Əmir Abdullahiyan və Tehranın başqa məqamları insanları aldatmaq üçün İsrail və başqa ölkələri məsələyə qarışdırmaq, diqqəti bu açıq qalan suallara cavab verməyə yönəltsələr, daha yaxşı olar.

Related Articles

Bir cavab yazın

Back to top button