az

İranla ABŞ arasındakı “gərginlikdən narahat olan” Si Cinpin, məsləhətləşmələri artırmağa çağırdı

Qərbi Asiyada, Amerika və İran arasında gərginliyin artmasından narahatlığını dilə gətirən Çin prezidenti təmkinli olmağa və dialoqa çağırıb. Si Cinpin Vladimir Putinlə görüşmək üçün Moskvaya yola düşüb.
Aznews.tv xəbər verir ki, Rusiyaya səfəri ərəfəsində, Rusiyanın “TASS” xəbər agentliyinə və “Rosiyskaya Qazeta”-ya qəzetinə açıqlama verən Si Cinpin bildirib ki, Birləşmiş Ştatların Tehrana qarşı “maksimum təzyiq” kampaniyası və İran İslam Respublikasına qarşı yeni sanksiyaların bərpası və tətbiq edilməsi Qərbi Asiyada gərginliyin artmasına səbəb olub.
Birləşmiş Ştatlar Tehranın “davranışlarını dəyişməsi”, ballistik raketlərin inkişaf etdirilməsinin dayandırmaq, silahlı qruplaşmaları dəstəkləmək və ya nüvə silahı yaratmağa doğru getməməsi üçün maksimum təzyiq göstərmək yolunu seçib. Bununla belə, Amerika prezidenti Donald Tramp İslam Respublikasının liderləri ilə ön şərtlər olmadan danışıqlar aparamağa hazır olduğunu bildirib.
İran İslam Respublikasının ali rəhbəri başda olmaqla rəsmi Tehranın yüksək vəzifəli şəxsləri indiyədək danışıqlar aparmağa maraq göstərməyib, hərçənd ki, rəhbər və ya hökümətin yüksək vəzifəli rəsmilərinin açıqlamalarında fərqlər də müşahidə edilir.
Çin prezidenti iyun 4-də verdiyi açıqlamalarda hadisələrin gedişatının narahatlıq doğurduğunu vurğulayıb. Si Cinpin nüvə razılaşmasının tam tətbiq edilməsinə çağıraraq bildirir ki, bu saziş sülh və təhlükəsizliyin qorunmasında və Qərbi Asiyada nüvə silahlarının yayılmasının qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.
Çin prezidenti Pekin və Moskvanın İranın nüvə sazişi ilə bağlı yanaşmasının yaxın olduğunu və “hər iki ölkənin müvafiq tərəflərin müdrik bir yola seçərək təmkinli davranacaqlarına ümidvar olduqlarını ifadə edərək, danışıqlar və məsləhətləşmələri artıracaqları və mövcud gərginliyi azaldacaqlarını ümid edirik” deyib.
Si Cinpin dolayısı ilə İrana qarşı Amerikanın neft sanksiyaları ilə bağlı deyib ki, “Çin qətiyyətlə öz qanuni maraqlarını qorumağa davam edəcək”.

Amerika, Tehranı “davranışını dəyişdirməyə” məcbur etmək məqsədilə İranın neft satışını tam dayandırmasına çalışır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button