
Aznews.tv “Euronews”a istinadxəəbər verir ki, ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalar faktiki olaraq İranın Almaniya və AB-ilə ticarətini daha çox təzyiqlə üzləşdirərək, İranın bu ölkələrə ixracatına məngi təsir göstərib.
Almaniya Ticarət Palatasının ən son hesabatı onu göstərir ki, 2019-cu ilin ilk dörd ayında Avropa iqtisadiyyatının ən böyük iqtisadiyyatının İranla ticarət həcmi keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 49% azalıb.
Buna görə 2019-cu ilin ilk dörd ayında iki ölkə arasındakı ticarətin həcmi 529 milyon avroya düşüb ki, bunun 450 milyon dolları Almaniyanın İrana ixracının payına düşür.
Reuters-in verdiyi məlumata görə, hazırda 60-adək Alman şirkəti İrandaın iqtisadi fəaliyyətini davam etdirir.
Eyni zamanda, İran Ticarətin İnkişafı Təşkilatının məlumatına görə, 2018-ci ilin 12 ayı ərzində Almanidan İrana ixracatın dəyəri 2,4 milyard dollar (2,17 milyard avro)nu ötmüşdü. Bu rəqəm 2017-ci ildə bu ölkənin ixracat həcmindən 20% azdır ki, nüvə sazişinin həyata keçirilməsi ilə 3 milyard dolları (2.64 milyard avro) ötüb.
Həmçinin 2018-ci ildə Almaniyanın İrandan idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalma ilə, 254 milyon dollara (223 milyon avro)ya enib.
Aznews.tv