Dünyaİqtisadiyyatİran

İranla Çin arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb

Aznews.tv Azadlıq radiosuna istinadən xəbər verir ki, İranla Çin arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb

Çinin ən son gömrük statistikasına görə, bu ilin ilk beş ayında İranla Çin arasında ikitərəfli ticarət dövriyyəsi keçən ilin eyni dövrünə nisbətən kəskin azalıb.

Hesabatda deyilir ki, İranın Çinə ixracı 46.6 faiz azalaraq 7 milyard 167 milyon dollara enib. Çinin İrana ixracı isə 26 faiz azalaraq 3 milyard 737 milyon dollara enib.

Bu ilin may ayında İranın neft ixracının tam boykot edilməsini nəzərə alaraq, İranın Çinə ixracının daha da azalacağı gözlənilir.

Çin İranın ən böyük neft alıcısı və İslam Respublikasının ən böyük qeyri-neft ticarət tərəfdaşıdır.

Ümumilikdə, bu ilin ilk beş ayında İranla Çin arasında ikitərəfli ticarət dövriyyəsinin  həcmi 35%-dək azalıb.

Sözügedən dövrdə İran Çinin ümumi xarici ticarətində 10.6% paya malik olub.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button