Cəmiyyətİran

İranla Çin arasında ticarət həcmi son 10 ildə ən aşağı səviyyəyə düşüb

Çinin İranla ikitərəfli ticarət həcmi bu ilin oktyabr ayında son 10 ildə ən aşağı səviyyəyə enib.

Yeni gömrük statistikalarına əsasən, oktyabr ayında Çinin İranla ikitərəfli ticarət həcmi təqribən 1 milyard 376 milyon dolara düşüb. Bu, keçən ilin eyni dövrü ilə müsabiqədə oktyabr ayı ilə müqayisədə 38 faiz azalma olduğu anlamına gəlir.

Bu ilin 10 ayında Çinin İrana ümumi ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 39 faizdan çox azalaraq 7,8 milyard dollara, İrandan idxalı isə 36 faizdən çox azalaraq 11.7 milyard dolara düşüb.

Çin sanksiyalardan öncə İranın ən böyük neft müştərisi olub. Gündəlik İrandan 650 min bareldən çox nəft alıb. Çinin yayımladığı hesabata görə, bu rəqəm ötən aylarda 140 min barelədək azalıb. İndi Çinlə Rusiya İranın tək neft alıcılarıdır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close