Site icon Aznews TV

İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb

Bu barədə İranın neft naziri Cavad Oci bildirib.

“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq”, – nazir deyib.

Bundan əvvəl neft nazirinin müavini Əhməd Əsədzadə qeyd edib ki, Rusiya İran ərazisində yerləşən altı neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir. (Report.az)

Exit mobile version