Site icon Aznews TV

İranla Venezuela arasında 20 illik hərtərəfli strateji əməkdaşlıq sənədi imzalanıb

Görüş zamanı iki ölkə prezidentlərinin iştirakı ilə siyasi, mədəniyyət, iqtisadiyyat, neft, neft-kimya, turizm sahələrində müxtəlif sənədlər, o cümlədən 20 illik əməkdaşlıq sənədi imzalanıb.

Xatırladaq ki, Venesuela prezidenti Nikolas Maduro dünən başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə İrana rəsmi səfərə gəlib.

Amerika tərəfindən iqtisadi sanksiyalara məruz qalan İran və Venesuela illərdir ağır iqtisadi böhranla üzləşiblər. Bu səbəbdən hər iki ölkə son dövrlər barter üsuluna əsaslanan ticarət əlaqələri qurmağa çalışırlar.

Exit mobile version