Site icon Aznews TV

İranlı alimlər 11 Qərb ölkəsinə müraciət etdi

Müraciətçilər Qərb ölkələrinin rəhbərlərindən İran nümayəndə heyətinin fəaliyyətinin dayandırılması üçün BMT-dəki səfirlərinə göstəriş vermələrini istəyiblər.

“İran hakimiyyətinin narazılara qarşı repressiyalarını, beynəlxalq öhdəliklərinə əməl etməməsini, Baş Assambleyanın daxili nizamnaməsinə və prosedur qaydalarına istinad edərək, BMT-nin məqsədlərinə etinasız yanaşdığı səbəbindən İran nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasını tələb edirik”, – müraciətdə bildirilib.

Müraciətçilər arasında nüfuzlu Güney azərbaycanlı siyasətçi Həsən Şəriətmədarinin də olduğu bildirilib. (Axar.az)

Exit mobile version