Site icon Aznews TV

İranlı analitik: Putinin Tehrana səfərinin yeganə məqsədi İranı Ukrayna müharibəsinə cəlb etməkdir

Sual: Putinin Tehrana səfərini Ukrayna müharibəsində istifadə edilmək üçün İrandan Rusiyaya dronların göndərilməsi ilə bağlı bəzi xəbər və iddialarla əlaqələndirmək olar?

– İrandan Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi xəbərinin yayılması, şübhəsiz ki, Putinin İrana səfərinin əsas məqsədlərinə xidmət edir. Belə ki, Rusiya və şəxsən Putin ciddi və rəsmi şəkildə İran PUA-larını Ukraynadakı müharibəyə cəlb etməyə çalışır.

Düzdür, dünyanın ikinci hərbi gücü olan Rusiyanın İran pilotsuz təyyarələrinə ehtiyacı yoxdur, bəs niyə İrandan silah istəyir?! Birincisi, Rusiya üçün Ukraynadakı müharibənin bədəli və müharibənin davam etdirilməsinin dağıdıcı təsirləri azalacaq. Bu, mütləq logistik və hərbi bədəl deyil, çünki İranın pilotsuz uçan aparatı Rusiyanın Ukraynadakı müharibədəki xərclərini azaltmaq gücündə deyil.

Burada “bədəl” sözünə yönələn əsas diqqət, sırf müharibənin ruslar üçün siyasi və diplomatik ağırlığıdır. Digər ölkələri Ukrayna savaşına çəkməklə onun bədəli ölkələr arasında bölünür. Ona görə də, bu bədəli İranla bölüşmək məqsədi ilə Rusiya bizdən pilotsuz təyyarələr almağı təklif etməklə, İranı da Ukrayna ilə müharibəyə cəlb etməyə can atır.(https://t.me/AzadIranTelegram/8656)

Exit mobile version