Site icon Aznews TV

İranlı ayətullah: Bizim inandığımız din bəzən adamı vəhşi edir

“Aznews tv”xəbər verir ki, o, bu çıxışında rejimin xalqın pullarını müxtəlif ibadət məkanlarının zərihlərini qızıldan düzəltmək üçün sərf etməsini əhəmiyyətsiz və mənasız iş adlandırmışdı.

Din xadimi xalqın həddindən artıq yoxsul yaşadığı, cavan oğlan və qızların maddi sıxıntılar üzündən evlənə bilmədiyi bir vəziyyətdə xalqın pulunun qızıldan ziyarətgahlar düzəltməsinin dini baxımdan doğru olmadığını, əksinə haram olduğunu demişdi.

Ayətullah bu baxımdan bəzən hakimiyyətin və hətta dinin də insanı vəhşiləşdirdiyini vurğulamışdı.

Məhz bu çıxışında həqiqətləri dilə gətirdiyi üçün ayətullah Məhəmmədrza Nikunam 5 il həbs cəzası, ruhanilikdən məhrum edilmək və şallaq kimi cəzalara məhkum edilmişdi.

Exit mobile version