İdmanİran

İranlı cüdoçu Səid Mollayi Monqolustan vətəndaşı oldu

İranın keçmiş cüdoçusu, dünya çempionu Səid Mollayi Monqolustan vətəndaşlığını alıb.

Onun Çində keçiriləcək Məsterz yarışlarından Monqolustan üçün mübarizə aparacağı gözlənilir.

İranın cüdo ulduzu bu ilin avqustunda israilli rəqibi ilə yarışmamaq üçün Tokioda keçirilən Dünya Çempionatı oyunlarında “icbari uduzdurulduqdan” sonra Yaponiyadan Almaniyaya gedərək İrana bir daha qayıtmaq istəmədiyini açıqlayıb.

Bundan sonra, o Dünya Cüdo Federasiyasisının dəstəyi ilə Almaniyaya gedib. Bu yaxınlarda Almaniya Mühacirət İdarəsi cüdoçuya sığınacaq verdiyini bildirib.

Ardınca, Səid Mollayı Monqolustan prezidenti və Cüdo Federasiyasının keçmiş rəisinin rəsmi dəvəti ilə bu ölkəyə səfər etdikdən sonra Monqolustan vətəndaşlığına qəbul edilib.

O, Monqolustan prezidenti ilə bu ölkənin paytaxtı Ulanbaturda görüşdükdən sonra Monqolustan pasportu alıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close