Site icon Aznews TV

İranlı diplomatlar Albaniyadan çıxmadan öncə sənədləri məhv edirlər

Hadisə şahidlərinin “Reuters” agentliyinə verdiyi məlumata görə, 8 sentyabr, səhər saatlarında iranlı diplomatlar dəmir çələkdə sənədləri yandırmağa başlayıblar.

İyul ayında Albaniyanın hökumət infrastrukturuna edilən kiberhücumdan sonra sentyabrın 7-də baş nazir Edi Rama Albaniya ilə İran arasında siyasi əlaqələrin kəsildiyini elan edib.

Bildirib ki, İranın Albaniyadakı bütün diplomatları və səfirliyinin əməkdaşları 24 saat ərzində ölkəni tərk etməlidirlər.

Exit mobile version