Cəmiyyətİran

İranlı gənclərin 30 faizi “nə işləyir, nə də təhsil alır”

Aznews.tv İLNA xəbər agentliyinə istinadən xəbər verir ki,  çərşənbə günü İranın Əmək Nazirliyinin statistik məlumatlarına əsasən bildirib ki, İranda 15- 24 yaş arasında gənclərin 30 faizi “nə işləyir, nə də təhsil alır”.

İranın Kooperasiya, Əmək və Sosial rifah Nazirliyinin Statistika və Strateji Məlumat Mərkəzinin məlumatlarına görə, bu statistika o deməkdir ki, İranda 15- 24 yaş arasında gənclərin 30 faizi “təhsili atıb və ya təhsildən kənarlaşdırılıb, lakin peşə və məşğulluğa da cəlb edilməyib”.

Bu statistika “neet” adlı indeks əsasında bildirilib. Bu göstərici işləməyən, təhsil almayan və ya təcrübəçi olmayan 15- 24 yaş arasında gənclərin vəziyyətini göstərir.

Bu göstərici İranda gənclərin işsizlik səviyyəsinə yaxındır.

Ən son statistik hesabatda 15-24 yaş arasında gənclərin işsizlik səviyyəsi 26 faiz göstərilib. 15-29 yaşa qədər olan gənclər arasında işsizlik səviyyəsi keçən il 25.1 faiz idi və bu da ondan əvvəlki ilə nisbətən dəyişməyib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button