Site icon Aznews TV

İranlı istifadəçilər telefonlarını qeydiyyatdan keçirmək üçün daxili messencerlər quraşdırmalı olacaqlar

Az tanınan bu messencer Tehran Universitetinə bağlı şirkətlərdən birinin himayəsi altında fəaliyyət göstərir və İran İqtisadiyyat Nazirliyinin bəzi idarəçiləri də bu şirkətdə rəhbər vəzifələrdə çalışıblar.

İran hökuməti son illərdə “Teleqram” və “Siqnal” messencerlərini filtr edərək, habelə yerli messencerləri dəstəkləmək üçün on milyardlarla tümən büdcə ayıraraq, həmin messencerləri əvəz etmək niyyətində idi və bir neçə sorğunun nəticələri bu baha başa gələn projənin uğursuzluğunu göstərib.

Son olaraq, ötən ilin yayında aparılan sorğuya görə, İran əhalisinin sadəcə 1,8%-i daxili messencerlərdən istifadə edir.

Exit mobile version