Site icon Aznews TV

İranlı molla: Tehran İran-Ermənistan sərhədinin bağlanmasına dözməyəcək

“Fars News” xəbər verir ki, Seyid Məhəmməd Ali-Haşim ötən gün Təbrizdə cümə namazı xütbələrində Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin danışıqları və dini rəhbər Xameneyi ilə görüşünə toxunaraq iddia edib: “Bu gün Amerika və Qərb əvvəlkindən daha da zəifləyib, böyük səylərinə baxmayaraq, bölgədəki siyasəti əhəmiyyətini itirib, ABŞ-ın regiondakı hegemonluğunun və onun siyasətlərinin qürub çağı başlayıb”.

O, amerikalıların həm zülmkar, həm də hiyləgər olduqlarını bildirib və qeyd edib: “ABŞ və sionist rejimə güvənmək olmaz”.

İslam Respublikasının heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanması ilə nəticələnəcək siyasət və planlara boyun əyməyəcəyini vurğulayan din xadimi Xameneyinin sözlərini təkrarlayıb: “Əgər İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti izlənilsə, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bir neçə min illik əlaqə yoludur”.(https://t.me/AzadIranTelegram/8716)

Exit mobile version