Site icon Aznews TV

İranlı molla: Yoxsulluq, bahalıq və iqtisadiyyatın çökməsi ilahi imtahandır

Rəşt şəhərinin imam-cüməsi və İranın ali lideri Əli Xameneinin Gilan vilayətindəki nümayəndəsi Rəsul Fəlahəti açılamalarının birində yoxsulluq, bahalıq, zəlzələ, sel daşqınları, iqtisadiyyatın çökməsi və zalımların hökmranlığının bir növ imtahan olduğunu və insanın bu imtahanlardan xəbərdar olaraq, sınaqdan necə çıxacağını düşünməli olduğunu deyib.

Qeyd edək ki, iranlı mollalar sosial mediada tez-tez belə sərsəm fikirlər səsləndirilər. Əhalisinin yarıdan çoxunun mütləq yoxsulluq həddinin altında yaşadığı bir ölkənin liderləri xalqın pulunu digər dövlətlərdə proksi qruplaşmaları maliyyələşdirməyə, habelə raket və pilotsuz dron proqramlarını inkişaf etdirməyə xərcləyirlər.

Exit mobile version