Cəmiyyətİran

İranlı repçi Türkiyədə həbsdən azadlığa çıxıb

İranli repçi Əmir Hüseyn Məqsudlu Türkiyədə həbsdən azadlığa çıxıb.

Bu barədə “Tətəlu” ləqəbi ilə tanınan musiqiçi özünün İnstaqram hesabında məlumat paylaşıb.

Məqsudlu, İnstaqramda mətn və film paylaşaraq, azad olunmasına  kömək edən hər kəsə təşəkkür edib, haqqın tərəfdarı olan Türk xalqına və polislərə onu İrana təhvil vermədiyi üçün xüsusi minnətdarlıq edib.

O, bəzi şikayətləri ilə bağlı məsələyə isə ilk konsertində aydınlıq gətirəcəyini bildirib.

Xatırladaq ki, Türkiyədə yaşayan iranlı repçi Əmir Hüseyn Məqsudlunun İranın istəyi ilə bu ölkəyə təhvil verilməsi istənilirdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close