Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranlı tələbələr hicab taxmadıqları təqdirdə universitetdən qovulurlar

İran universitetlərinin tələbələri ölkədə hicabın məcburi geyinilməsi ilə bağlı qanunu pozduqlarına görə kütləvi şəkildə dərslərdən kənarlaşdırılır və təhsil müəssisələrindən qovulurlar.

“The Guardian” xəbər verir ki, İranda ən azı 60 qız tələbəyə ölkədə hicab qanununu pozduqları üçün yerli universitetlərə daxil olmaq qadağan edilib.

Tehrandakı universitetlərdən birində adının açıqlanmasını istəməyən tələbə “The Guardian”a deyib:

“Biz hicab taxmaqdan imtina etdiyimizə görə kütləvi şəkildə kampusdan qovuluruq və son bir neçə gündə dinc oturaq aksiyalar keçirdiyimiz üçün şiddətlə təqiblərə məruz qalmışıq”.

Onun sözlərinə görə, təhlükəsizlik işçiləri onları zorla sinif otaqlarından qovublar.

Related Articles

Bir cavab yazın

Back to top button