İranSağlıq & Yaşam

İranlıların 80-90 faizində D vitamini çatışmazlığı var

İranda osteoporozun əsas səbəbləri genetik və qidalanma problemi, eləcə də əhalinin, təxminən, 80-90 faizində D vitamini çatışmazlığının olmasıdır.

Aznews.tv xəbər verir ki, bu sözləri Endokrinoloji və Metabolizm Tədqiqat Mərkəzinin rəhbəri Dr Baqer Laricani abanın 2-si Tehran Tibb Elmləri Universitetində Osteoporoz Simpoziumunun açılış mərasimində deyib:

“İyirmi il ərzində osteoporoz üzərində çox işlər görülüb. Osteoporoz sistemik bir xəstəlikdir və sümük kütləsinin azalması ilə müşahidə edilir. Xəstəlikdə genetik məsələlərin rolu ciddidir. Bəslənmə, aktivlik və siqaret də xəstəliyə təsir edir. İranda süd istehlakı az olduğu üçün aldığımız kalsiumun miqdarı ehtiyacımız olan kalsiumun, təxminən, 60 faizini təşkil edir. İstifadə etdiyimiz D vitamininin miqdarı isə ehtiyacımızın 15-20 faizini təmin edir”, – Laricani bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close