
Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Ağ Ev bəyanat yayaraq İraqda zorakılıqların dayandırılmasına və ölkədə erkən seçkilərin keçirilməsinə çağıraraq, iraqlıların İranın “dinc fikir bildirməyin dayandırılması” səylərinə biganə qalmayacağını vurğulayıb.
Noyabrın 10-da verilən açıqlamada, ABŞ hökuməti bildirib: “İraq hökuməti etirazçılara qarşı zorakılığı dayandırmalı, prezident (Bərhəm) Salehin seçki qanununda islahat vədini yerinə yetirməli və erkən seçkilər keçirməlidir”.
İraq prezidenti, oktyabrın 31-də ölkə baş naziri Adel Əbdul Mehdinin istefaya getməyə hazır olduğunu söyləyərək “yeni seçki qanunu layihəsinin” təqdim olunacağı haqda xəbər verib.
O vaxtdan bəri etirazlar davam etməklə yanaşı, İraq İnsan Hüquqları Komissiyasına görə, ölənlərin sayı 240 nəfərdən ən azı 319-a çatıb.
Bazar günü baş verən son zorakılıq hadisəsində, İraq təhlükəsizlik qüvvələri Nasiriyədə ən azı üç etirazçıya atəş açaraq qətlə yetirib.
Aznews.tv