BölgəDünya

İraq böhranını həll etmək üçün istefa etdim – Baş nazir

İraq böhranını həll etmək üçün istefa etdim.

Aznews.tv xəbər verir ki, bu sözləri İraq Parlamentinin növbədənkənar iclasında çıxış edən Baş nazir Adil Əbdülmehdi deyib.

«Oktyabr ayından bəri İraqda yaşanan böhranın həlli yolunu tapmaq üçün istefa verdim. Ümid edirəm ki, İraq böhranı üçün yeni bir fürsət yaradılmasını nəzərə alaraq, məclis istefamı qəbul edər. İstərdim, ölkənin şərtləri nəzərə alınaraq alternativ biri ən qısa müddətdə müəyyən edilsin».

Kərkük əyalətində bir çox insan Baş nazir Adil Əbdülmehdinin istefa qərarının elan olunmasından sonra şadlıq karnavalı keçiriblər.

BMT-dan verilən məlumata görə, oktyabrın 1-dən bəri İraqda keçirilən etiraz aksiyalarında 400-dən çox insan ölüb, 15 mindən çox insan yaralanıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close