Bölgəİran

İraq İranla bir sərhəd-keçid məntəqəsini bağladı

Aznews.tv Sərhəd-keçid məntəqələrində korrupsiya və səhv idarəetmə ilə bağlı İraq Baş Nazirinin Aparatına məlumatlar dqaxil olduqdan sonra, İranla İraq arasındakı Mandali sərhəd-keçid məntəqəsi Adil Əbdül Mehdinin göstərişi ilə bağlanıb. İraqın Diyalə vilayətindən keçən sərhəd-keçid məntəqəsi avqustun 7-də bağlanıb.

Bu sərhəd-keçid məntəqəsinin bütün əməkdaşlarının İraqın digər sərhəd-keçid məntəqələrinə keçmələri istənilib.

Diyalə vilayət Şurasinin üzvü Qasım əl-Məmurinin sözlərinə görə, İraqın baş naziri bu göstərişi verməzdən əvvəl yerli rəsmilərlə məsləhətləşməli idi. Bu sərhəd-keçid məntəqəsi Diyalə əhalisi üçün gəlir mənbəyi sayılır.

Bu sərhəd-keçid məntəqəsinin bölgə üçün iqtisadi qütb olduğunu qeyd edən əl-Məmuri bildirib: “Baş nazir sərhəd-keçid məntəqəsinə nəzarəti əlində saxlayan bütün qruplaşmaları ləğv edərək əvəzində yerli hakimiyyət orqanlarını bu bölgədə gücləndirməlidir”. Hazırda Bədr təşkilatı Diyalə vilayətinin təhlükəsizliyini təmin edir.

Mandali sərhəd-keçid məntəqəsi İranla İraq arasındakı 10 sərhəd-keçid məntəsindən biridir.

İran İraqın vacib ticarət tərəfdaşıdır və İraq bazarlarına milyardlarla dollar mal ixrac edir.

Hal hazırda İranla İraq arasında ticarət dövriyyəsi 5 milyard dollar təşkil edir, bununla belə, İran prezidenti Həsən Ruhani Tehranın hədəfinin İraqla ticarətin 5 milyard dollaradək artırılması olduğunu bildirib.

ABŞ-ın İrana qarşı sanksiyalarının başlamasından sonra, İraq İranla iqtisadi əlaqələrini kəsmək üçün təzyiq altındadır, lakin buna baxmayaraq indiyədək qaz və elektrik enerjisinin idxalında dörd dəfə sanksiyalardan istisna əldə edib.

İraqın sonuncu imtiyazı iyunda 90 gün müddətinə uzadılıb.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button