
İraq parlamenti dekabrın 1-də növbədənkənar iclasında baş nazir Adil Əbdül Mehdinin istefası məsələsinə baxacaq.
Hökumət başçısı şənbə günü ölkənin qanunverici orqanının sədrinə öz istefası haqqında rəsmi ərizə ilə müraciət edib.
İraqın “INA” agentliyinin məlumatına görə, bu, Nazirlər Kabinetinin təcili iclasından sonra baş verib. Baş nazir bu addımı hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini nəzərə alaraq, xalqın maraqlarını və nümayişçilərin tələbini yerinə yetirmək üçün atdığını bildirib.