BölgəİranSiyasət

İraq parlamentinin üzvü: Xameneyi etirazçıların ölüm hökmünü verib

Aznews.tv “İranintl” saytına istinadən xəbər verir ki, İraq parlamentinin üzvü Faiq əl-Şeyx Əli Twitter hesabında İran İslam Respublikasının dini lideri Əli Xameneyinin İraqda etirazçıların öldürülməsini vacib sayan fətva verdiyini yazıb.

Bu barədə o, çərşənbə günü öz Twitter səhifəsində yazıb: “Adel Əbdül Məhdi iraqlı etirazçıların öldürülməsi zərurəti ilə əlaqədar Xameneyinin fətvasını aldıqdan sonra, indi biz Ayətullah Əli Sistanidən soruşuruq: Silahlı Qüvvələrin baş komandanının əmri ilə günahsız etirazçıları öldürməyin hökmü nədir?”

Qeyd edək ki, Xameneyi oktyabrın 30-da (8 aban) İraq və Livan etirazları ilə bağlı deyib: “ABŞ və Qərbin xüsusi xidmət orqanları bölgənin mürtəce ölkələrinin maliyyə dəstəyi ilə qarışıqlıq salır”.

O Tehranda keçirilən hərbi tədbirdə əlavə edib: ‘Düşmənlərin bir ölkəyə vura biləcəyi ən böyük zərbə onu təhlükəsizliyindən məhrum etməkdir; bu gün onlar bu addımı bir sıra region ölkələrində başladıb və xalqın təhlükəsizliyini pozur”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close