İran

6 fəal Təbriz həbsxanasına köçürülüb

Bu barədə onlar ailələri ilə telefon əlaqəsi zamanı bilgi veriblər.

2 mordad etirazında saxlanılan daha 6 milli-mədəni fəal avqustun 11-i gecə saatlarında “ETTELAAT” dan Təbriz həbsxanasına köçürülüb. Bununla ilgili onlar ailələri ilə telefon danışığı çağı bilgi veriblər.

Nadir Sadiqiyan, Yusif Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri, Şahin Bərzgər və Əmir Səttari 24 juiyə tarixində yaşam mühit və dolanışıq çatışmazlıqları ilə bağlı Təbrizdə keçirilən etirazda saxlanılıblar.

Avqustun 9-da isə Riza Şəhrivərlə Məhəmməd Ka:zimi təhlükəsizlik idarəsinin həbsxanasından Təbriz həbsxanasının qərəntinə bölməsinə köçürülüb.

Qeyd edək ki, juiyənin 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Əl-Əhvaz etirazçılarına dəstək, Güney Azərbaycan bölgələrində olan yaşam mühiti və dolanışıq çatışmazlıqlarına etiraz məqsədilə təzahurat keçiriblər.

Müxtəlif şəhərlərdə çox sayda milli – mədəni fəal həbs olunub. Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb və bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılsada, həbsdə olanların bir çoxunun barəsində məlumat əldə etmək mümkün deyil.

Təbriz həbsxanasında olan bəzi fəalların verdiyi məlumata görə, 24 juiyə etirazlardan öncə, etiraz günü və ondan sonrakı günlərdə həbs olunanların sayı 150 nəfər hüdudundadır.

İttilaat idarəsi saxlanılan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə ictimaiyyətə və medaiya bilgi verilməsin.

Ona görə bir çox fəalların yaxınları onlar barəsində bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button