
Aznews.tv “RFİ” agentliyinə istinadən xəbər verir ki, İraq Mərkəzi Bankı İran Milli Bankının bu ölkənin şəhərlərindəki filiallarının fəaliyyətini məhdudlaşdırıb.
İran Milli Bankının xarici valyutalar və beynəlxalq məsələlər üzrə direktor müavini Möhsün Əmin Zarein sözlərinə görə, İran rəsmilərinin son aylarda bu məhdudiyyəti aradan qaldırmaq üçün səyləri nəticəsiz qalıb.
İran Milli Bankının rəsmiləri məhdudiyyətlərin ABŞ-ın tələbi ilə tətbiq edildiyini söyləyir. İraq rəsmiləri ABŞ-ın sanksiyalarına prinsipcə qarşı çıxmasına baxmayaraq daim bildiriblər ki, ölkəsinin maraqlarını qorumaq üçün həmin sanksiyalara əməl etmək məcburiyyətindədir.
İran Milli Bankının İraqdakı filiallarının fəaliyyətinin məhdudlaşdırılması ötən ilin yayından başlayıb və İraq rəsmilərinin təkidi ilə indiyədək davam edib.
Oktyabrın 2-də Məşhəd şəhər Firdovsi Universitetində keçirilən iqtisadi konfransda çıxışında deyib ki, bu bankın “İraqda Nəcəf, Bağdad və Bəsrə şəhərlərində üç filialı var” ki, onun sözlərinə görə, “hazırda İraq Mərkəzi Bankı amerikalıların təzyiqi ilə həmin filialların fəaliyyətini məhdudlaşdırıb”.
Onun sözlərinə görə, İraq Mərkəzi Bankı “Milli Bankın hər bir filialına bir şəxs yerləşdirib və işlərimizin bir çoxunu dayandırıb”.
İran Milli Bankının xarici valyuta və beynəlxalq məsələlər üzrə direktor müavini vurğulayıb ki, “son beş-altı ay ərzində bu problemi həll etməyə çalışdıq, ancaq nəticə əldə edə bilmədik”.
Aznews.tv