Site icon Aznews TV

İraq Xarici İşlər Nazirliyi İranın bu ölkənin şimalına hücumlarını pisləyib

Bəyanatda deyilir ki, İranın İraqın şimalındakı kürd bölgələrinə raket və pilotsuz təyyarələrlə hücumları ölkənin suverenliyinin pozulmasıdır.

İraq Xarici İşlər Nazirliyi əlavə edib ki, İraq ərazisi nə döyüş meydanı, nə hesablaşma sahəsi, nə də qonşu ölkələrə zərər vurmaq üçün bazadır.

İran hökuməti noyabrın 21-i səhər saatlarından etibarən İraqın şimal bölgəsinə raket və pilotsuz təyyarələrlə hücumları bərpa edib.

İran İslam Respublikasının hakimiyyət orqanları İraq Kürdüstanında yerləşən kürd partiyalarını dəfələrlə etiraz aksiyaları təşkil etməkdə və İran ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edib.

Exit mobile version