BölgəSiyasət

İraqda etirazlar; Bağdad valisi istefa verdi

Aznews.tv “İranint” saytına istinadən xəbər verir ki, İraq dövlət televiziyası Bağdad vilayət Şurasının Bağdad valisinin istefasını qəbul etdiyini açıqlayıb.

Məlumata görə, oktyabrın 5-də Bağdad Vilayət Şurasının üzvləri yekdilliklə Falah Cəzairinin vəzifəsindən istefasını qəbul edib və onun müavinini Bağdad valiliyinə müvəqqəti rəhbər təyin ediblər.

Bağdad valisinin istefasının əsas səbəbi hələlik bildirilmir, ancaq bu istefa, Bağdad və İraqın digər şəhərlərində son günlər etiraz aksiyalarının keçirildiyi bir vaxtda baş verib.

“Reuters”in verdiyi məlumata əsasən, şənbə günü axşamdan bazar gününə qədər Bağdadda polislə nümayişçilər arasında baş verən toqquşmada ən az 18 nəfər ölüb.

Bundan əvvəl, son günlərdə İraqın bütün şəhərlərində keçirilən etirazlarda 100-dək insanın həyatını itirdiyi bildirilib.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close