Dünya

Qazaxıstan mallarının Türkiyəyə tədarükü bu il 366 milyon dollar arta bilər

Bu il Qazaxıstanın Türkiyə bazarına ixracını ümumilikdə 366 milyon dollar dəyərində 50 növ mal üzrə artım potensialı var.
Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qazaxıstan və Türkiyə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə 3,1 milyard dollar təşkil edib ki, bu da 2019-cu ildəkindən (3,2 milyard dollar) 5,1% azdır.
2020-ci ildə Qazaxıstandan Türkiyəyə ixrac 11,9% azalaraq 2,1 milyard dollar, eyni dövr üçün idxal isə 15% artaraq 939,6 milyon dollar təşkil edib.
“2020-ci ildə Qazaxıstan və Türkiyə arasındakı ümumi ticarət dövriyyəsinin azalmasına baxmayaraq, emal olunmuş malların ticarətində 13,5% (1,7 milyard dollar) artım müşahidə edilib. “Bu, tərəflərin yüksək əlavə dəyərli ticarətlə qarşılıqlı maraqlarına dəlalət edir. Mis, alüminium, kimya məhsulları kimi məhsulların ixracında artım var. Həmçinin ötən il Qazaxıstanın Türkiyəyə gümüş və sink ixrac etməsi də başlayıb”, deyə nazirliyin məlumatında bildirilir.
Qeyd edək ki, Qazaxıstan Türkiyə ilə ticari əlaqələrini Rusiya və Azərbaycan üzərindən həyata keçirir

Related Articles

Bir cavab yazın

Back to top button