BölgəDünya

İraqda toqquşmalar: 24 saatda 45 nəfər öldü

İraqda son sutka ərzində polislə nümayişçilər arasında baş verən toqquşmalarda ölənlərin sayı 45-ə yüksəlib.

Bu məlumatı “Əl Ərəbiyyə” televiziyası yayıb. Nəcəf şəhərində ölənlərin sayı 12 nəfər təşkil edib. Nəsiriyyə şəhərində ölənlərin sayı isə 25 nəfərə çatıb. Ordunun komandirlərindən biri vəzifəsindən azad edilib. Qeyd edək ki, İraqda kütləvi iğtişaşların yeni dalğası dünən Nəcəf şəhərində İran Konsulluğunun yandırılmasından sonra start götürüb.

Ölkə ərazisində ümumilikdə etirazlar oktyabrın əvvəlində başlayıb. Mətbuatın iddiasına görə, etirazlar nəticəsində indiyə qədər 300 nəfər ölüb, 15 min nəfər yaralanıb.

Bir neçə saat öncə İraqın nüfuzlu ruhanisi Müqtəda Sədr dövlətdən insanları öldürməyi dayandırmağı istəyib. Əks halda İraqın ikinci Suriyaya çevriləcəyini bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close