Dünya

İraqın cənubunda 4500 illik Şumer məbədi və kral sarayı aşkar olunub

Britaniyalı arxeoloqlar İraqın cənubundakı Zi-Qar əyalətində Şumer krallarının sarayının və müharibə, ovçuluq və əkinçilik tanrısı Ninurtanın məbədinin xarabalıqlarını üzə çıxarıblar.

sarayın yaşının ən azı 4,5 min il olduğu təxmin edilir.

Tapıntılar qədim Şumer şəhəri Girsu ərazisində tapılıb. Tədqiqatlar Britaniya Muzeyi, Amerika Getti Muzeyi və İraq hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində aparılır.

Tədqiqatçılar dronlar vasitəsilə ərazinin fotoçəkilişləri sayəsində qədim tikililərin konturlarını ayırd edə biliblər. Sarayın xarabalıqlarında mixi yazıları olan 200-dən çox gil lövhə tapılıb və onlar Bağdad muzeyinə təhvil verilib. Ninurta məbədi isə Mesopatomiyanın ən mühüm dini tikililərindən biri hesab edilir.

Şumer sivilizasiyası təxminən 6 min il əvvəl müasir İraqın cənub və mərkəzi hissəsində (qədim Mesopatomiya ərazisi) yaranmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button