Site icon Aznews TV

İraqın Kürdüstan Muxtariyyətində yenidən partlayış səsləri eşidilib

“Aznews tv” xəbər verir ki, yerli mətbuat və rəsmilər hələ ki, partlayışın hansı səbəbdən baş verməsinin məlum olmadığını bildirirlər.

Qeyd etmək lazımdır ki, martın əvvəllərində “Sepah” Ərbildə yerləşən boş villalardan birinə raket zərbələri endirmişdi. İran bu villanın İsrailin bazası olduğunu iddia edərək Muxtariyyət rəsmilərinin İsraillə əlaqələrini dayandırmadıqları halda hücumların davam edəcəyini bildirmişdi.

Lakin həm yerli, həm də Qərb mətbuatı yaydıqları məlumatlarda Kürdüstan Muxtariyyətində hər hansı bir İsrail bazasının olduğunu təkzib etmiş və bildirmişdilər ki, İranın hücumunun əsas səbəbi Muxtariyyət ərazisindən Avropaya qaz nəql etmək üçün icrası planlaşdırılan layihədir.

Exit mobile version