BölgəDünya

İraqın Müdafiə naziri İsveçdə fırıldaqçılıqda ittiham olunur

İraqın Müdafiə Naziri Nəcah əl-Şemri İsveçdə fırıldaqçılıqda ittiham olunur.

Aznews.tv xəbər verir ki, bu barədə İsveç mediası məlumat yayıb.

Belə ki, uzun illərdir Bağdadda yaşayan nazir eyni zamanda İsveç vətəndaşıdır. O, İsveç hökumətindən ailələrə yardım almağa davam edir.

Bu il İraq Müdafiə Nazirliyi postunu alan əl-Şemri 2011-ci ildə İsveçə gedib, 2015-ci il İsveç vətəndaşlığını qazanaraq Stokholmdakı iqamətgahı qeydiyyata almağı bacarıb.

İsveç hökuməti mühacirlərin ailəsinə maddi dəstək verir. Bir neçə ildir əl-Şemrinin Bağdada qayıtmasına baxmayaraq, uşağı və ev xərcləri üçün İsveç dövlət yardımını almağa davam etməsi gözdən yayınmayıb.

Son həftələr rəhbərlik etdiyi təhlükəsizlik qüvvələri tərəfindən onlarla iraqlı etirazçının ölümündə əli olan İraqın müdafiə naziri maliyyə fırıldaqçılığına görə tənqid edilib və günahlandırılıb.

https://www.radiofarda.com/a/iraq-defence-minister-accaused-benefit-fraud-sweden/30288421.html

Related Articles

Bir cavab yazın

Back to top button