BölgəDünya

İraqlı etirazçılar Kərbəlada “Həşd Şəbi” mərkəzini yandırdılar

İraqda bir qrup etirazçı Kərbəla şəhərində əl-Bədr batalyonlarının mərkəzi binasını yandırıblar.

Bu barədə Kərbəla şəhərinin adının çəkilməsini istəməyən polis məmuru Anadolu Agentliyinə məlumat verib.

“Bir qrup iraqlı etirazçı Kərbəla şəhərində əl-Bədr batalyonlarının mərkəzi binasına hücum edərək yandırıblar. Etirazçılar Kərbəla ustandarlığının binasına girməyə çalışırlar”, məlumatda bildirilir.

Həmçinin, təhlükəsizlik qüvvələri, etirazçıların ustandarlığının binasına girməsinin qarşısını alıb. Onları dağıtmaq üçün gözyaşardıcı qazdan və səs bombalarından istifadə edib. Etirazçılar da polisə daş və molotov kokteyli ataraq cavab verib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close