Cəmiyyət

İraqlı etirazçılar Zi-Qarda parlament üzvlərinin evlərinə hücum edib

Aznews.tv “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, İraqlı etirazçılar Zi-Qar əyalətində ölkə parlamentinin üç üzvünün evini yandırıb.

Zi-Qar əyalətinin Əl-Şətr rayonunda etirazçılar İraq parlamentində Saerun, Fəth və Dovlət əl-Qanun koalisiyalarının üzvləri Nəci əl-Sədi, Mena əl-Ğərabi və Zeynəb əl-Xəzrəcinin evlərini yandırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və mülki müdafiə qüvvələri yanğını söndürməyə çalışır.

Qeyd edək ki, İraqın müxtəlif bölgələrində hökumət əleyhinə nümayişlərin ikinci dalğası oktyabrın 25-dən başlayıb və bugünədək davam edir.

İraqlılar oktyabrın 1-dən etibarən Bağdad və ölkənin cənub şəhərlərində korrupsiya, işsizlik və dövlət xidmətlərinin olmamasına etiraz olaraq bir həftəlik etiraz aksiyaları keçirib.

İraq təhlükəsizlik qüvvələri etirazçılara gözyaşardıcı qaz və döyüş mərmiləri ilə atəş açıb.

Bu günə qədər nümayişlərdə 260 nəfərədək insan həlak olub və minlərlə insan yaralanıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close