İran

MİLLƏT VƏKİLİ ABAN ETİRAZLARINDA ÖLKƏ VƏZİRİNİ MƏSUL SAYDI

Benzin məsələsindəki tədbirsizlik can və mal itgisinə səbəb oldu
Gərmsarın məclisdəki nümayəndəsi Ərdeşir Motəhhəri, ölkə vəziri ƏbdolRza Rəhmani Fəzlinin iştirakı ilə aban ayı etirazları ilə bağlı keçirilən cələsədə deyib:
“Benzin iğtişaşları zamanı, Xalqla davranış məsələsində heç bir tədbir yox idi. Cənab Rəhmani Fəzli, siz ölkənin əmniyyətindən məsul sayılırsınız. Benzin məsələsi insanların dolanışığı və iqtisadiyyatı ilə bağlıdır. Bu tədbirsizliyi heç türlü tocih etmək olmaz. Benzin iğtişaşlarında can və mal itkisinə görə kim cavab verəcək?
O, ölkə vəziri Rəhmani Fəzlini “buna məsul” olaraq adlandırıb. Qiymət artımını düzgün yöntəm hesab etməyib.
Xatırladaq ki, İran Milli Nəft Emalı və Dağıtım Şirkəti 15 novambr 2019-cu il tarixində benzinin qiymətinin artacağını və zərfiyyətlə təmin ediləcəyini elan etmişdi.
Qeyd edək ki, benzinin bahalaşması geniş etirazlara səbəb oldu. Amnesty İnternational məlumatına əsasən bu etirazlarda ölənlərin sayı 304 nəfər olub. 7 minə yaxın insan isə tutuqlanıb.
Ölənlərin sayı ilə ilgili rəsmi bəyanat olaraq 10-cu Məclisin Komisyon rəisi Mojtəba Zolnur etirazlarda 230 nəfərin öldüyünü deyib. Onların 6-sı məmur olub.

Related Articles

Bir cavab yazın

Back to top button