Site icon Aznews TV

İsfahanda qəza baş verdi: ölən və yaralananlar var

İsfahan əyalətində yerləşən Honsar şəhəri yaxınlığında mikroavtobusun qəzaya uğraması nəticəsində, ən azı 13 nəfər, o cümlədən 3 uşaq dünyasını dəyişib.

Aznews.tv xəbər verir ki, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Şəhər valisi Mansur Kamalinin dediyinə görə, qəzaya səbəb nəqliyyat vasitəsinin əyləc sisteminin sıradan çıxması olub.

Yaralıları xəstəxanaya təxliyyə etmək üçün hadisə yerinə təcili olaraq helikopterlər cəlb olunub.

Hal-hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Aznews.tv

Exit mobile version