Cəmiyyətİran

İsfahanın məşhur və nüfuzlu iş adamlarından biri həbs edilib

Aznews.tv “France Press”ə istinadən xəbər verir ki, Tehran prokurorunun nümayəndəsi Rəsul Qəhrəmani “ölkənin iqtisadi sisteminə zərbə vurmaq”da ittiham olunan İsfahanın tanınmış sahibkarlarından biri Behruz Rixtegəran həbs edib.

Bazar ertəsi, 1 iyulda həbs olunan Rixtegəranın adı dəfələrlə “Sərmayə” bankı ilə bağlı məhkəmə ittihamlarında səsləndirilib.

Prokuror müavini məhkəmə iclaslarından birində deyib: “Sərmayə” bankının rəhbərliyi 2013-2016-cı illərdə cinayət əlaqəsinə girərək Rixtegəran şirkətlər qrupuna böyük həcmdə kreditlər ayırıb”.

Bununla bağlı “250 milyard tümən” dəyərində müəyyən edilən kredit vəsaitləri isə Rixtegəran qardaşlarına məxsus “Petro Tejarat Hermes” şirkətinə verilib.

Behruz Rixtegəran neft-kimya və avtomobil sənayesi sahələrində də fəaliyyət göstərirdi.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close