BölgəDünya

İŞİD-in əsirlərinin saxlanılmasında Ankara məsuliyyət daşıyacaq – Çavuşoğlu

İŞİD-in əsirlərinin saxlanılmasında Ankara məsuliyyət daşıyacaq.

Aznews.tv xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun Suriyanın şimalına hücumunun ikinci günündə deyib. Çavuşoğlu həmçinin, Fransanı Suriyanı parçalamağa çalışmaqda günahlandırıb.

“ABŞ Türkiyənin hücumlarına qarşı iqtisadi sanksiyalar əl atarsa, Ankaradan əks tədbirlər görəcək. Suriya ərazisindəki hərbi əməliyyat 30 kilometr dərinlikdə olacaq və irəliyə getməyəcək”, – Çavuşoğlu bildirib.

Qeyd edək ki, bundan əvvəl Fransa Xarici İşlər naziri Jan İyu Loderiyan Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarını qınayaraq, Suriyanın şimalındakı kürdlərin nəzarətində olan bölgələrdən İŞİD əsirlərinin mümkün qaçışı üçün hər hansı plan olmadığını söyləyib. Həmçinin, bazar günü, Suriyanın şimalına Türkiyə hücumlarının başlamasından iki gün əvvəl Ağ Ev açıqlama verərək Türkiyənin bütün İŞİD əsirləri üçün məsuliyyəti olduğu bildirilib. Ancaq sonradan açıqlandı ki, İŞİD-in əsas əsirlərindən ikisi ABŞ qüvvələrinə verilib.

Related Articles

Bir cavab yazın

Back to top button